Türkiyədə daha bir layihə gercəkləşir - Açılışa Ərdoğan qatılacaq

Türkiyədə daha bir layihə gercəkləşir - Açılışa Ərdoğan qatılacaq

Hazırda oxunan: Türkiyədə daha bir layihə gercəkləşir - Açılışa Ərdoğan qatılacaq

116026

Bu gün açılışı olacaq Kağıthane stansiyasından İstanbul Hava Limanına qədər olan metro xətti Türkiyənin ən sürətli metro xətti olacaq. Bu xətt üzrə qatarların sürəti saatda 120 kilometr olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

"Bu, Türkiyənin ən sürətli metrosu olacaq. Kağıthanedən İstanbul Hava Limanına qədər gediş müddəti 24 dəqiqə təşkil edəcək", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, xəttin ümumi uzunluğu 69 kilometrə çatacaq.

Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO