Slovakiyada referendum KEÇİRİLİR 

Slovakiyada referendum KEÇİRİLİR 

Hazırda oxunan: Slovakiyada referendum KEÇİRİLİR 

115984

Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi və hazırkı parlamentin səlahiyyətlərinə xitam verilməsi üçün ölkə konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilir.

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 21:00-a qədər davam edəcək.

Referendumun hüquqi qüvvəyə malik olması üçün səsvermədə iştirak 50 faizə yaxın olmalıdır. Səsvermənin nəticələri yanvarın 22-də məlum olacaq.

Qeyd edək ki, Ümummilli referendumun keçirilməsi barədə qərar ötən il Slovakiyada üç müxalifət partiyasının bu səsvermənin lehinə 380 mindən çox səs topladıqdan sonra ölkə Prezidenti Zuzana Çaputova tərəfindən qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO