Yanvarın 21-də Kiyevdə “Ukrayna Evin”də Brovarıda helikopter qəzası nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşları ilə vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşlarının tabutları zala gətirilərək postamentlərə qoyulub.
Sonra Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya vidalaşmağa gəliblər və həlak olanların ailələrinə başsağlığı veriblər.
Vida mərasimində Ukrayna Prezident Ofisinin rəhbərliyi, hərbi geyimli şəxslərlə yanaşı, polislər, xilasedicilər və nazirliyin digər əməkdaşları, din xadimləri, Ali Radanın deputatları, minlərlə sakin iştirak edib.
Vida mərasimində Azərbaycanın Daxili İşlər Nazirliyinin rəhbərliyi adından əklil qoyulub, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun adından Ukrayna daxili işlər nazirini müvəqqəti əvəz edən İqor Klimenkoya başsağlığı verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:54 / 21.01.2023
Zelenski və xanımı Brovarıda helikopter qəzasında həlak olanlarla vida mərasiminə qatıldı – FOTO
Hazırda oxunan: Zelenski və xanımı Brovarıda helikopter qəzasında həlak olanlarla vida mərasiminə qatıldı – FOTO
Hazırda oxunan: Zelenski və xanımı Brovarıda helikopter qəzasında həlak olanlarla vida mərasiminə qatıldı – FOTO
115969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.