Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi - SƏBƏB

Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi - SƏBƏB

Hazırda oxunan: Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi - SƏBƏB

115963

Ankara İsveçin müdafiə naziri Pol Yonsonun Türkiyəyə planlaşdırılan səfərini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bəyan edib.

O, PKK terror təşkilatı tərəfdarlarının Qurani-Kərimə qarşı təxribatlarını və Stokholmda Türkiyə səfirliyi qarşısında Türkiyə əleyhinə nümayiş keçirmək üçün İsveç polisindən icazə almasını kəskin tənqid edib.

“Buna qarşı reaksiya göstərməmək qəbuledilməzdir. Mütləq tədbir görmək lazım idi”, - deyə nazir bildirib.

“Hazırda İsveçin müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızdır. Ona görə də biz səfəri ləğv etdik”, - deyə Hulusi Akar əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO