Rusiya Prezidenti Vladimir Putin Münhen Təhlükəsizlik konfransında çıxış etməyi planlaşdırmır.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin hər sözü ilə Qərbə zərbələr endirir – Çinin “Quança” nəşri
O, Rusiya liderinin konfransda mümkün çıxışı ilə bağlı suala “xeyr” cavabını verib.
Qeyd edək ki, onlayn tədbir 19-20 fevral tarixlərində baş tutacaq. Konfransa ABŞ Prezidenti Co Bayden, Avropa İttifaqı Komissiyasının prezidneti Ursula von Der Leyen, BMT Baş Katibi Antonio Quttereş, NATO Baş Katibi Yens Stoltenberq də qatılacaq.
Almaniya kansleri Angela Merkelin tədbirə iştirakı isə hələ bəlli deyil.
Bizim.Media