Xarkovun fenomen pişiyi “Times Monaco” jurnalının ÜZ QABIĞINDA - FOTO 

Xarkovun fenomen pişiyi “Times Monaco” jurnalının ÜZ QABIĞINDA - FOTO 

Hazırda oxunan: Xarkovun fenomen pişiyi “Times Monaco” jurnalının ÜZ QABIĞINDA - FOTO 

115871

Ukraynanın Xarkov vilayətinin məşhur bloger pişiyi Stepan məşhur “Times Monaco” jurnalının üz qabığında yer alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayinskaya Pravda” nəşri yazıb.

Sosial şəbəkələrdə kifayət qədər izləyici kütləsi olan pişik 2022-ci ilin martında Xarkovdan Monakoya aparılıb. Həmin ərəfələrdə internet ulduzunun paylaşımları yenilənməyib.

Bir müddət sonra pişiyin sahibi Anna Stepanla təhlükəsiz olduğunu və Avropada sığınacaq tapdığı barədə məlumat verib:

“Daim raket hücumlarına məruz qalan Xarkovdan bizim üçün uzun və çətin bir səyahət başladı. Monako Avropada ilk sığındığımız yer idi. İki ay orada yaşadıq və yerli sakinlərdən çoxlu kömək, dəstək və qayğı gördük”.
Onun sözlərinə görə, gözəl təbiət və insanların xoş münasibəti ailəni müharibənin dəhşətlərindən qurtarmağa kömək edib. Pişik Stepan və sahibi müharibədən zərər çəkmiş heyvanlara kömək etmək üçün Avropada minlərlə avro toplayıb.

Bir müddət əvvəl pişik doğma Xarkova qaytarılıb, daha sonra isə ailə Lvova köçüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO