ABŞ-da ağır yol qəzası: 6 ölü, 36 yaralı var - YENİLƏNİB - VİDEO

ABŞ-da ağır yol qəzası: 6 ölü, 36 yaralı var - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: ABŞ-da ağır yol qəzası: 6 ölü, 36 yaralı var - YENİLƏNİB - VİDEO

11585

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanların sayı isə 36 nəfər olub.

Qeyd edək ki, yol qəzası yolun buz bağlaması səbəbindən baş verib. 100-dən çox avtomobilin bir-birinə çırpıldığı bildirilir.

***

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb.

Bizim.Media xəbər veirir ki, bu barədə Fort-Uort şəhər polisinin əməkdaşı Daniel Siqura açıqlamasında bildirib. 

Hadisə ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam etdirildiyi bildirilib.

NBC kanalının yerli şöbəsinin verdiyi məlumata görə, təxminən 35 nəfər xəstəxanaya yerləşdirilib.

Ümumilikdə, ştatın mərkəzi magistral yollardan birində, təxminən 100 avtomobil toqquşub. 

Qəzaya səbəb yolun buz bağlaması olub. Ştatın digər bölgələrində də ağır yol qəzaları baş verib. Azı 3 nəfərin öldüyü təsdiqlənib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO