Azər Əliyev Malayziya Olimpiya Şurasının prezidenti ilə görüşüb - FOTO 

Azər Əliyev Malayziya Olimpiya Şurasının prezidenti ilə görüşüb - FOTO 

Hazırda oxunan: Azər Əliyev Malayziya Olimpiya Şurasının prezidenti ilə görüşüb - FOTO 

115715

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycanda səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşüb. 

MOK-un mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qonağı salamlayan A. Əliyev Azərbaycanın xüsusilə fərqləndiyi, Olimpiya medalları qazandığı idman növlərinin olduğunu bildirib. 

Onun sözlərinə görə, Malayziya badminton, velosiped və bu kimi digər idman növlərində güclü idmançılar yetişdirir. Baş katib deyib ki, tərəflər bu idman növləri üzrə mütəxəssilərin yetişdirilməsi və idmançıların təlimi məqsədilə qarşılıqlı əməkdaşlıq edə bilərlər. 

A. Əliyev onu da qeyd edib ki, Prezident İlham Əliyev ölkədə idmanın inkişafına şəxsən böyük diqqət ayırır: "Məhz bu səbəbdən idmançılarımız beynəlxalq yarışlarda uğur qazanırlar". 

Səmimi görüşə görə minnətdarlıq edən Norza Zəkəriyyə qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlərlə bağlı təklifi yüksək qiymətləndirib. O bildirib ki, bu günə kimi Olimpiya qızılı qazanmayan Malyaziya Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır. 

Görüşdə Azərbaycan və Malaziya Olimpiya Komitələri arasında əməkdaşlıq haqqında sənəd imzalanmasına dair fikir mübadiləsi aparılıb. 

Sonda xüsusi hədiyyələr təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO