Aİ rəhbəri: “Veteranların cəsarətindən şokdayam, Ukrayna sarsılmazdır”

Aİ rəhbəri: “Veteranların cəsarətindən şokdayam, Ukrayna sarsılmazdır”

Hazırda oxunan: Aİ rəhbəri: “Veteranların cəsarətindən şokdayam, Ukrayna sarsılmazdır”

115685

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kiyevə səfərinin ilk təəssüratlarını bölüşüb. 

Bizim.Media xəbər verir ki, Aİ prezidenti bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib. 

Şarl Mişel bildirib ki, o əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün Kiyevə gəlib:

“2023-cü il qələbə və sülh ili olsun". 

O, Ukrayna əsgərləri üçün reabilitasiya mərkəzinə baş çəkdiyini də qeyd edib: “Kiyevdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən reabilitasiya mərkəzində veteranların cəsarətindən şokdayam. Ukrayna sarsılmazdır”. 

Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident Volodimir Zelenski ilə görüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO