“Apple”dan YENİLİK – Yeni elektron eynəklər istehsal edəcək

“Apple”dan YENİLİK – Yeni elektron eynəklər istehsal edəcək

Hazırda oxunan: “Apple”dan YENİLİK – Yeni elektron eynəklər istehsal edəcək

115520

Apple şirkəti hələ də bu ilin sonuna kimi öz ilk “Qarışıq reallıq” (AR + VR / Mixed Reality) cihazını təqdim etməyi planlaşdırır.  

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

Məlumata görə, şirkət ilk öncə planlaşdırmış olduğu “AR” eynəkləri müəyyən müddətə kimi təxirə salıb və onun nə zaman satışa çıxacağı bilinmir.  
Qeyd edilib ki, “AR” eynəyin əvəzinə şirkət ya 2024-cü ya da 2025-ci ildə bu ilki MR cihazının daha büdcəli versiyasını təqdim edəcək.  

Şirkətin öz planını dəyişməsi  eynəklərin istehsal prosesində müəyyən problemlərlə qarşılaşdığından xəbər verir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO