\

\"Azərbaycanın razılığı olmadan Aİ missiyasının yerləşdirilməsi səmərəli olmayacaq\" - Lavrov

Hazırda oxunan: \"Azərbaycanın razılığı olmadan Aİ missiyasının yerləşdirilməsi səmərəli olmayacaq\" - Lavrov

115418

Biz İrəvanda keçirilən sammitdə KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi razılaşdırmışdıq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Lakin buna nail olmaq mümkün olmadı. Erməni həmkarlarımız inad etdilər ki, həmin sənəddə Azərbaycan tərəfi sərt qınansın. Biz izah etdik ki, əgər söhbət qınanmaqdan, ritorikadan gedirsə, o zaman hər kəs istədiyini edə bilər. Lakin əgər biz KTMT missiyasını göndərmək istəyiriksə, o zaman bunu bəyanatlarla etməməliyik.
Bizim KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərməklə bağlı hazırlığımız qalır. Baxmayaraq ki, biz Ermənistanla müttəfiqik, KTMT missiyası tam hazırdır, amma Ermənistan tərəfi sərhəddə uzun müddətə mülki müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə razılaşmağa üstünlük verir. Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”, - Rusiya XİN başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO