Təhlükəli olduğu üçün hava yolları qadağan edilən ölkələr - SİYAHIDA ERMƏNİSTAN da var

Təhlükəli olduğu üçün hava yolları qadağan edilən ölkələr - SİYAHIDA ERMƏNİSTAN da var

Hazırda oxunan: Təhlükəli olduğu üçün hava yolları qadağan edilən ölkələr - SİYAHIDA ERMƏNİSTAN da var

115373

Bir neçə gün öncə Nepalda baş verən dəhşətli təyyarə qəzasından sonra uçuş təhlükəsizliyi yenidən bir çox insanı narahat etməyə başlayıb. 

Avropa İttifaqı təhlükəsizlik səbəbi ilə hava yolları tamamilə qadağan edilən ölkələrin müntəzəm olaraq yenidən işlənmiş siyahısını aparır. 

2022-ci ildə dünyada 6 ölümlə nəticələnən təyyarə qəzası baş verib. “The Independent”-in səyahət eksperti Saymon Kalderin yazdığına görə, 2015-ci ildən bu yana göstəricinin ən aşağı olduğu 2017-ci il və daha yüksək olduğu 2018-ci il istisna olmaqla, bu nisbət hər il 4 milyonda bir ilə 5 milyonda bir arasında dəyişib.

Ancaq təəssüf ki, son Nepal qəzasının da göstərdiyi kimi, ölümcül qəzalar hələ də baş verir.

Səbəbi indiyədək məlum olmayan hadisədə 72 nəfər həyatını itirib.

Bəs, hansı ölkələr hava yollarının təhlükəsizliyi üzrə ən pis təcrübəyə malikdir?

Bizim.Media həmin ölkələrin siyahısını təqdim edir:

Əfqanıstan

2010-cu ilin noyabrında Avropa İttifaqı hökumətin müvafiq təhlükəsizlik protokolları yaratmadığını deyərək, bütün Əfqanıstan aviaşirkətlərinə Avropa hava məkanına uçmağı qadağan edib.

Anqola

Anqolada ən son aviasiya hadisəsi 2017-ci ilin oktyabrında olub. Belə ki, Air Guicango Embraer EMB-120 təyyarəsi qəzaya uğrayıb. Lakin Cənubi Afrika ölkəsi 2000-ci ildən bəri yeddi insidentlə üzləşib. Ən pis qəzalardan biri 2000-ci ilin oktyabrında 48 nəfərin ölümü ilə nəticələnən Saurimada Aca Ancargo təyyarəsinin qəzaya uğraması idi.

Ermənistan

Ermənistanda qeydiyyatdan keçmiş bütün daşıyıcılar 2020-ci ildə Aİ-nin “qara siyahısı”na salınıb. 2022-ci ilin dekabrında agentlik Ermənistanın Aİ-nin təhlükəsizlik standartlarına riayət etmək üçün atdığı addımlardan narazılığını əsas gətirərək, onların siyahıda qalacağını təsdiqləyib.

Konqo Respublikası

Konqo-Brazzavil, Konqo, Equaflight Services, Equajet, Trans Air Congo və Societe Nouvelle Air Congo daxil olmaqla bütün milli aviaşirkətlərə qadağa qoyulub və heç birinə Aİ hava məkanına uçmağa icazə verilmir.

Konqo Demokratik Respublikası

Konqo Demokratik Respublikası (DRC) da Avropa siyahısında tamamilə qadağan edilib. 

Cibuti 

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Universal Təhlükəsizliyə Nəzarət Təftiş Proqramında (USOAP) lisenziyalaşdırma, təşkilatlanma və qəza təhqiqatı kimi meyarlara görə Cibuti orta səviyyədən xeyli aşağı qiymətləndirilir. 2009-cu ilin noyabrından bu ölkənin aviadaşıyıcılarına Aİ-də qadağa qoyulub.

Ekvatorial Qvineya

2005 və 2008-ci illərdə Ekvatorial Qvineyada yalnız iki ölümlə nəticələnən hava qəzası qeydə alınsa da, Aİ bütün aviaşirkətləri siyahıya daxil etmək üçün ölkənin təhlükəsizlik standartlarını yetərsiz hesab edib. İllərin ən dəhşətli qəzası 2005-ci ilin iyulunda Malabo hava limanı yaxınlığında 60 nəfərin ölümünə səbəb olan Equatair qəzası idi.

Eritrea

2012-ci ildə İttifaq Eritreanın aviaşirkətlərinə qadağa qoyub.

Liberiya

2013-cü ilin fevralında və 2002-ci ilin fevralında Liberiyada ölümlə nəticələnən qəzalar qeydə alınıb, lakin hazırda ölkədə Liberiyaya məxsus heç bir aktiv hava yolu şirkəti yoxdur. Ən son olaraq Lone Star Airways 2006-cı ildə fəaliyyətini dayandırıb. Bununla belə, orada qeydiyyatdan keçmiş bütün aviaşirkətlər Aİ-nin qara siyahısında qalır. 

Liviya

Liviyanın aviaşirkətlərinə 2014-cü ildə Avropada qadağa qoyulub.

Nepal

Bu Cənubi Asiya ölkəsinin bütün hava yolları 2013-cü ildən Aİ tərəfindən qadağan edilib. Bu həftə ölkə uzun illər ərzində 13-cü ölümlə nəticələnən təyyarə qəzasına məruz qalıb.

Sao Tome və Prinsipi

Afrikanın Ekvatorial Qvineyaya yaxın ada dövləti olan Sao Tome və Prinsipinin hava yolları AB tərəfindən 2009-cu ilin noyabrından qadağan edilib.

Syyera Leone

Syerra Leonenin bütün hava yolları hazırda Aİ tərəfindən qadağan edilib. 2007-ci ilin iyununda ölkənin əsas hava limanında sərnişin vertolyotunun partlaması nəticəsində 22 nəfər həlak olub.

Sudan

Aİ 2010-cu ilin mart ayında bütün Sudan aviaşirkətlərinə öz hava məkanını qadağan edib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO