Rusiyada 13 yaşlı qız öz ölümünü lentə aldı - ANBAAN VİDEO

Rusiyada 13 yaşlı qız öz ölümünü lentə aldı - ANBAAN VİDEO

Hazırda oxunan: Rusiyada 13 yaşlı qız öz ölümünü lentə aldı - ANBAAN VİDEO

115363

Rostov vilayətində 13 yaşlı qızın ölümünün videosu yayılıb. O, sosial şəbəkədə video çəkdirərkən qatar onu vurub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri BAZA telegram kanalı yayıb.

Nastya aprelin 2-də Dvoynaya və Elmut stansiyaları arasında qaçarkən dünyasını dəyişib.

Yük qatarının maşinisti və köməkçisi qızı qəzadan əvvəl, Dvoynaya stansiyasının çıxışında relsləri keçərkən görüblər. Sonra o, gözdən itib. Daha sonra qız yenidən relslərin üstünə çıxıb.

Bu zaman qatar saatda 75 kilometr sürətlə hərəkət edirmiş. Maşinist təcili əyləci bassa da artıq toqquşmanın qarşısını almaq mümkün olmayıb. Qız aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Dəmiryol işçilərinin sözlərinə görə, qız qulaqcıq taxıb, lakin istintaq materiallarındakı videoya görə, Nastya lokomotivlə toqquşmadan bir neçə saniyə əvvəl sosial şəbəkələr üçün video çəkirmiş. Onun qulaqçığı olmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO