Korotçenko: “Niyə nankor Ermənistana sponsorluq edək?” - FOTO

Korotçenko: “Niyə nankor Ermənistana sponsorluq edək?” - FOTO

Hazırda oxunan: Korotçenko: “Niyə nankor Ermənistana sponsorluq edək?” - FOTO

115313

“Bu REKLAM DEYİL, şüurlu seçimdir! Bayaq nar şirəsi almaq üçün mağazaya getdim: yaxınlıqdakı rəfdə iki istehsalçının şirələri var idi, solda Ermənistan, sağda Azərbaycan. 
Azərbaycan şirəsi aldım - sağdakını. Niyə? Butulka, qablaşdırma, etiket çox daha estetik və cəlbedicidir. Amma əsas odur ki, Azərbaycan düzgün ölkədir, Rusiyaya dostdur. Rusiya Federasiyasına ixrac edilən Azərbaycan məhsulları ən ciddi keyfiyyət nəzarətindən keçir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb.

Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir, Rusiya Silahlı Qüvvələrinə qarşı boş bəyanatlar səsləndirilir, İrəvan Rusiya hərbi bazasını bağlamaqla, KTMT-dən çıxmaqla hədələyir:
“Ona görə də mən və digər ruslar erməni məhsulunu almayacağıq, nankor ölkəyə, nankor cəmiyyətə niyə sponsorluq edək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO