Niderlandlı iş adamları Azərbaycana dəvət olundu  - “Ons Eiland”x9d qəzeti

Niderlandlı iş adamları Azərbaycana dəvət olundu - “Ons Eiland”x9d qəzeti

Hazırda oxunan: Niderlandlı iş adamları Azərbaycana dəvət olundu - “Ons Eiland”x9d qəzeti

115234
Niderlandın Zeyland (Zeeland) əyalətində çıxan “Ons Eiland”x9d qəzetində həmyerlimiz Vüqar Abbasovun sədrlik etdiyi “Connect”x9d təşkilatından yazılıb. 

Yazıda həmyerlimizin həmkarı Vim van Embdenlə (Wim van Emden) birlikdə bu təşkilatı yaratmaq məqsədlərindən söhbət açılıb. Həmçinin Azərbaycanın dini baxımdan tolerant bir ölkə olduğundan da söhbət çılıb. 

Azərbaycanın xarici iş adamlarını üçün maraqlı ölkə olduğunu qeyd edən həmyerlimiz iş adamlarını ölkəmizə investisiya qoymağa dəvət edib. Hazırda Azərbaycanda çoxsaylı Niderland şirkətlərinin olduğunu qeyd edən Abbasov həmçinin “baxmayaraq ki, bu şirkətlərin çoxusu neft və enerji sektorunda fəaliyyət göstərir, digər sahələrdə də niderlandlı iş adamlarını görmək mümkündür”x9d, - deyə qeyd edib. Buna misal olaraq həmyerlimiz Qəbələ rayonunda fəaliyyət göstərən piano fabrikinin adını çəkib. Sonda soydaşımız iş adamlarına onunla necə əlaqə yaratmaq mümkün olduğunu qeyd edərək bir daha iş adamlarını ölkəmizə dəvət edib. V.Abbasov həmçinin Azərbaycandakı iş adamlarına da müraciət edib: 

“Əgər Azərbaycandan hanısa iş adamı Niderlandlı iş adamları ilə əlaqə yaratmaq istəyirsə bizə [email protected] emailinə yazmaqla müraciət edə bilər, bu işdə məmuniyyətlə onlara köməklik edərik.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO