Zelenskinin ofisi Arestoviçin istefa ərizəsini qəbul edib - YENİLƏNİB

Zelenskinin ofisi Arestoviçin istefa ərizəsini qəbul edib - YENİLƏNİB

Hazırda oxunan: Zelenskinin ofisi Arestoviçin istefa ərizəsini qəbul edib - YENİLƏNİB

115193

Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviçin istefa ərizəsini qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenskinin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov açıqlama verib.

Aleksey Arestoviçin isefa qərarını prezident ofisinin aparat rəhbəri Mariya Vituşok imzalayıb.

13.17***

Ukrayna Prezident Aparatının müşaviri Oleksiy Arestoviç vəzifəsindən istefa ərizəsi yazıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində məlumat verib.

"İstefa məktubu yazdım. Mən sivil davranış nümunəsi göstərmək istəyirəm. Prinsipial səhv istefa deməkdir" - deyə o, qeyd edib.

Qeyd edək ki, Arestoviç yanvarın 14-ü Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına Rusiya ordusu tərəfindən raket zərbəsinin endirilməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqid olunub.
Belə ki, hadisədən sonra Arestoviç bildirib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri Rusiya tərəfinin atdığı raketi vurub və bundan sonra raket Dneprdə binaya düşüb.

Bunun ardınca, Rusiya mediası Dneprdə baş verən hadisəyə görə məhz Ukraynanı günahlandırıb. Ukrayna Silahlı Qüvvələri isə Arestoviçin açıqlamasını təkzib edərək bildirib ki, ukraynalı hərbçilər həmin növ raketləri zərərsizləşdirmək üçün vasitələrə sahib deyillər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO