Ərdoğan Putinlə Ukraynanı MÜZAKİRƏ ETDİ 

Ərdoğan Putinlə Ukraynanı MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Ərdoğan Putinlə Ukraynanı MÜZAKİRƏ ETDİ 

115079

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, tərəflər enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması barədə müzakirə aparıblar. 

Həmçinin Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib. 

Tərəflər həmçinin, Rusiya-Türkiyə əməkdaşlığının hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiq ediblər.  

Bundan əlavə, Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO