"ABŞ və NATO Rusiyaya qarşı proksi müharibə aparır" - Xorvatiya prezidenti

Hazırda oxunan: "ABŞ və NATO Rusiyaya qarşı proksi müharibə aparır" - Xorvatiya prezidenti

114967

“ABŞ və NATO Rusiyaya qarşı proksi müharibə aparır".

Bizim.Media “RBC Ukraine”ya istinadən xəbər verir ki, bunu Xorvatiya prezidenti Zoran Milanoviç mətbuat konfransında çıxışında deyib.

“Vaşinqton və NATO Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibə aparır. Və əksinə. Bununla belə, əgər hədəfiniz və planınız yoxdursa, sonluq Əfqanıstan kimi olur”, - Milanoviç bildirib.

O əlavə edib ki, plan “Putini vəzifədən kənarlaşdırmaq” və ya sanksiyalar tətbiq etmək ola bilməz:

“Bunlar cəfəngiyatdır. Bu yolla Qərb heç nəyə nail olmayacaq. Miloşeviçi (Serbiyanın 1-ci prezidenti Slobodan Miloşeviç) sanskiyalarla devirmədilər. Müharibədən-müharibəyə buna əl atırlar. Bəs biz kimik? ABŞ-ın qulları?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO