“Volkswagen”in keçmiş rəhbəri öldü

“Volkswagen”in keçmiş rəhbəri öldü

Hazırda oxunan: “Volkswagen”in keçmiş rəhbəri öldü

114913

Almaniyanın "Volkswagen AG" avtomobil konserninin keçmiş baş direktoru Karl Horst Han 96 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Karl Han Xeyriyyə Fondunun nümayəndəsinə istinadən bildirib.

K.Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda dünyasını dəyişib. Vida mərasimi yanvarın 24-nə təyin edilib.

Agentlik qeyd edib ki, "Volkswagen"in keçmiş rəhbərinin marketinq bacarıqları sayəsində "Käfer" (“Böcək”) avtomobili tarixdə ən çox satılan model oldu: 1945-ci ildən 2003-cü ilə qədər 21,5 milyon nüsxədən çox istehsal edilib.
O, 1982-ci ildə alman şirkətinin baş direktoru vəzifəsinə təyin edilib. K.Han 1993-cü ildə istefa verənə qədər "Volkswagen"i Avropada 1 nömrəli avtomobil istehsalçısına çevirə bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO