Nepalda təyyarə qəzasında 68 nəfər ölüb - 29 cəsəd tapılıb

Nepalda təyyarə qəzasında 68 nəfər ölüb - 29 cəsəd tapılıb

Hazırda oxunan: Nepalda təyyarə qəzasında 68 nəfər ölüb - 29 cəsəd tapılıb

114880

Nepalda Katmandu-Poxara reysi ilə uçan “ATR 72” tipli təyyarənin qəzaya uğraması nəticəsində 68 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nepal Mülki Aviasiya İdarəsi məlumat yayıb. Yerli hakimiyyət orqanları 29 cəsədin tapıldığını açıqlayıb.

Təyyarənin qəzaya uğradığı Kaski rayon administrasiyasının nümayəndələri bir neçə nəfərin sağ qaldığını bildiriblər.
Qeyd edək ki, pilot yaşayış məntəqəsinə düşməmək üçün layneri dərəyə istiqamətləndirib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Təyyarədə 72 nəfər - 68 sərnişin və 4 heyət üzvü vardı. Sərnişinlərdən 15-i Rusiya, Avstraliya, Fransa, Argentina, Hindistan, Cənubi Koreya və İrlandiya vətəndaşı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO