Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb. Onların arasında uşaqlar da var.
Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.
Onun sözlərinə görə, indiyədək 73 nəfərin yaralandığı məlumdur. Onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiyadadır, qalanlarının müalicəsi ev şəraitində davam etdirilir.
Xilasetmə işləri davam edir. Dağıntılar altında daha 40 nəfərin qaldığı ehtimal olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:09 / 15.01.2023
Rusiya Dneprə raket atdı - Ölənlərin sayı 18-ə çatdı - FOTO
Hazırda oxunan: Rusiya Dneprə raket atdı - Ölənlərin sayı 18-ə çatdı - FOTO
Hazırda oxunan: Rusiya Dneprə raket atdı - Ölənlərin sayı 18-ə çatdı - FOTO
114835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.