Britaniya XİN başçısı İranda sabiq nazir müavininin edamını qınayıb

Britaniya XİN başçısı İranda sabiq nazir müavininin edamını qınayıb

Hazırda oxunan: Britaniya XİN başçısı İranda sabiq nazir müavininin edamını qınayıb

114745

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam olunmasını sərt şəkildə qınayıb.

Bizim.Media xəbər verir ki, xarici işlər naziri Kleverli bu barədə "Twitter"də bildirib.

"İran Britaniya vətəndaşını edam edib. Bu barbar hərəkət ən sərt şəkildə qınanmalıdır. Əlirza Əkbərinin ailəsinin kədərini bölüşürəm ", - o deyib.

Britaniyalı naziri qeyd edib ki, bu cavabsız qalmayacaq.

Xatırladaq ki, Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO