İranda daha bir jurnalist həbs edildi

İranda daha bir jurnalist həbs edildi

Hazırda oxunan: İranda daha bir jurnalist həbs edildi

114586

Yanvarın 11-də jurnalist və Tələbə Hərəkatı fəalı Nəsim Sultanbeygi həbs edilib. O, xaricə uçmaq üçün Tehran hava limanında getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında məlumat verilib. 

Məlumatda qeyd olunur ki, onun hansı səbəbdən həbs olunduğu və hara aparıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib. Həbs olunan media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbiri və 10 nəfəri isə fotojurnalistdir.
Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, 30 jurnalist hələ də həbsdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO