ABŞ kəşfiyyatı AÇIQLADI -

ABŞ kəşfiyyatı AÇIQLADI - "500-dən çox UNO faktı qeydə alınıb"

Hazırda oxunan: ABŞ kəşfiyyatı AÇIQLADI - "500-dən çox UNO faktı qeydə alınıb"

114516

ABŞ-da 2022-ci ilin avqustun 30-dan bəri naməlum uçan obyektlərin (UNO) aşkarlanması ilə bağlı 500-dən çox hadisə qeydə alınıb.

Bizim.Media "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir.

Hesabata görə, bunlardan 26-sı pilotsuz uçuş aparatı (PUA), 163-ü isə “şar və ya şara bənzər obyekt” kimi səciyyələndirilib.
"Bu qeyri-səciyyəvi PUA-ların bəziləri qeyri-adi uçuş xüsusiyyətləri və ya əməliyyat imkanları nümayiş etdirib və əlavə təhlil tələb edir", - hesabatda deyilir.

Sənəddən məlum olur ki, naməlum obyektlərlə bağlı yeni xəbərlərin əksəriyyəti ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin operativ vəzifələrini yerinə yetirərkən şahidi olmuş pilot və operatorlarından gəlib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO