ATƏT sədri Azərbaycana hansı xahişlə gəlir? - DETALLAR

ATƏT sədri Azərbaycana hansı xahişlə gəlir? - DETALLAR

Hazırda oxunan: ATƏT sədri Azərbaycana hansı xahişlə gəlir? - DETALLAR

114238

Qarabağ münaqişəsinin tənzimlənməsində real olaraq heç bir rol oynamayan ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistan səfər edəcək.

Məlumata görə, səfərlə bağlı hər iki ölkənin XİN başçısı ilə telefon danışığı zamanı razılıq əldə olunub. ATƏT sədri gərginliyin aradan qaldırılması və regionda davamlı sülh üçün şəxsən iştirak etməyə hazır olduğunu söyləyib.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, qurum sədrinin səfəri fonunda ATƏT-in Minsk qrupunun dirçəldilməsi istiqamətində söhbətlər olacaqsa, bu səfər heç bir məna kəsb etməyəcək: 

“Bütün məsələlərdə Azərbaycanın prosesə yanaşması ərazi bütövlüyü və daxili işlərimizə qarışmamaq kontekstindədir. Ona görə də ATƏT-in hər hansı bir şəkildə missiya olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, daxili məsələlərimizə müdaxilə etmədən əməkdaşlıq etmələrinə normal yanaşırıq. Amma hər hansı bir şəkildə vasitəçilik, daxili işlərimizlə bağlı addımlar nəzərdə tuturlarsa, buna Azərbaycanın münasibəti əvvəlcədən bəllidir”. 

Deputat qeyd edir ki, ATƏT-in fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə vermək, İrəvana Zəngəzur dəhlizinin açılması üçün təzyiq göstərmək istiqamətində olacaqsa səfərə müsbət yanaşacağıq: 
“Bu istiqamətlərdə fəaliyyətləri olsa, ona müsbət yanaşacağıq. Ona görə də bu səfərdə hansı təklifin gerçəkləşəcəyi, verəcəkləri mesajlar önəmlidir. ATƏT-in Minsk qrupunun dirçəldilməsi istiqamətində söhbətlər olacaqsa, səfərin mənasız olduğunu indidən söyləmək olar. Çünki Azərbaycan 30 il ermənilərin xeyrinə işləyən missiyanın yenidən dirçəldilməsinə yol verməyəcək. Hər halda ATƏT-in hansı istiqamətdə fəaliyyət göstərmək istədikləri görüşlərdən sonra bəlli olacaq. Onda artıq məsələyə daha dəqiq münasibət bildirmək olar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO