“Putin NATO-nun daha zəif olmasını istəyirdi, amma bunun əksi oldu” - Şarl Mişel 

“Putin NATO-nun daha zəif olmasını istəyirdi, amma bunun əksi oldu” - Şarl Mişel 

Hazırda oxunan: “Putin NATO-nun daha zəif olmasını istəyirdi, amma bunun əksi oldu” - Şarl Mişel 

114083

NATO-nun Baş katibi Yens Stoltenberq Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşüb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüş NATO-nun mənzil-qərargahında baş tutub. 

“NATO ilə Avropa İttifaqı arasındakı tərəfdaşlığı növbəti səviyyəyə çıxarmaqda qərarlıyıq.

Finlandiya və İsveç NATO-nun tamhüquqlu üzvü olduqda NATO-Aİ tərəfdaşlığı daha da vacib olacaq və onların iştirakı ilə NATO Avropa İttifaqı vətəndaşlarının 96 faizini və öz ərazisinin daha çox hissəsini əvvəlkindən daha çox müdafiə edəcək”, - deyə Stoltenberq qeyd edib. 
Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Putin NATO-nun daha zəif olmasını istəyirdi, amma bunun əksi oldu: “Bu, daha çox NATO və Aİ tərəfindən əldə edildi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO