“Alyansa üzv olmaq üçün əvvəllər müraciət etmiş İsveç və Finlandiya artıq NATO-nun hərbi strukturlarına inteqrasiya olunur”.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya nümayəndələri artıq alyansın iclaslarında, o cümlədən nazirlər və daimi nümayəndələr səviyyəsində iştirak edirlər:
“NATO artıq Avropanın bu hissəsində mövcudluğunu gücləndirib. İsveç və Finlandiya alyansın bir sıra üzvlərindən təhlükəsizlik zəmanəti alıb”.
Baş katib, həmçinin Macarıstan və Türkiyə ilə müvafiq razılıq əldə olunduqdan sonra İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv olacağına şübhə etmədiyini bildirib.
Qeyd edək ki, hazırda İsveç və Finlandiyanın NATO-ya müraciətini 30 ölkədən yalnız 2-si - Macarıstan və Türkiyə ratifikasiya etməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:19 / 10.01.2023
Stoltenberq: “İsveç və Finlandiya artıq NATO-nun hərbi strukturlarına inteqrasiya olunur”
Hazırda oxunan: Stoltenberq: “İsveç və Finlandiya artıq NATO-nun hərbi strukturlarına inteqrasiya olunur”
Hazırda oxunan: Stoltenberq: “İsveç və Finlandiya artıq NATO-nun hərbi strukturlarına inteqrasiya olunur”
114062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.