Zelenski: “Soledar yaxınlığındakı ərazi rusların cəsədləri ilə doludur”

Zelenski: “Soledar yaxınlığındakı ərazi rusların cəsədləri ilə doludur”

Hazırda oxunan: Zelenski: “Soledar yaxınlığındakı ərazi rusların cəsədləri ilə doludur”

113924

Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandanın qərargahının bugünkü iclasında Baxmut və Soledarı rus qoşunlarından müdafiə edən ukraynalı əsgərlərə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

“Soledarda əsgərlərimizin səbri sayəsində biz Ukrayna üçün əlavə vaxt və əlavə qüvvələr qazandıq. Bəs Rusiya orada nə qazanmaq istəyirdi? Hər şey tamamilə dağılıb, demək olar ki, həyat qalmayıb. Minlərlə insan itkin düşüb. Soledar yaxınlığındakı bütün ərazi işğalçıların cəsədləri ilə doludur”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO