Təxminən bir ay öncə Təbrizdə baş tutan etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi ETTELAAT Nazirliyinin müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, yanvarın 2-də Əziminin cənazəsi ailəsinə təhvil verilib və təhlükəsizlik tədbirləri altında dəfn edilib.
Xəbər mənbələrinə görə, o, Təbrizdəki etirazların ilk günlərində təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb və ailəsi ilə qısa telefon danışığı zamanı etirazlarda öldürülən Bəsic qüvvələrinin üzvü Hüseyn Ocağinin qətlinə etiraf etmək üçün işgəncələrə məruz qaldığını bildirib.
Əziminin ailəsi habelə onun öldürülməsini ictimailəşdirməməsi və susması üçün Kəşfiyyat İdarəsi tərəfindən təhdid olunub.
Bəzi mənbələr onun öldürülməsini etirazları yatırmaq üçün hökumətin özünün qəsdən törətdiyini bildirir.
Rejimin Əziminin ailəsinə güclü basqıları üzündən onun üç mərasiminin keçirilməsinə belə icazə verilməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:36 / 09.01.2023
Molla rejimi təbrizli etirazçını öldürdü
Hazırda oxunan: Molla rejimi təbrizli etirazçını öldürdü
Hazırda oxunan: Molla rejimi təbrizli etirazçını öldürdü
113794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.