Zelenskidən Yevgeni Petrosyan və Mixail Qalustyanla bağlı QƏRAR

Zelenskidən Yevgeni Petrosyan və Mixail Qalustyanla bağlı QƏRAR

Hazırda oxunan: Zelenskidən Yevgeni Petrosyan və Mixail Qalustyanla bağlı QƏRAR

113570

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya vətəndaşlarına qarşı sanksiyaların tətbiqi barədə qərarının icrası ilə bağlı fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərman dövlət başçısının saytında dərc olunub.

Fərmana əsasən sanksiyalar 10 il müddətinə tətbiq edilib və xüsusilə aktivlərin bloklanması, kapitalın çıxarılmasının qarşısının alınması, iqtisadi əməkdaşlığın dayandırılması, lisenziyaların ləğvini ehtiva edir.
Ukrayna Təhlükəsizlik Xidməti sanksiya tətbiq edilən şəxslərin siyahısını təqdim edib.

Siyahıya erməni əsilli Yevgeni Petrosyan və Mixail Qalustyanın adları da daxil edilib.

Bundan əlavə Dima Bilan, Larisa Dolina, Polina Qaqarina, Filipp Kirkorov, Anna Semenoviç, Qriqori Leps, Nikita Mixalkov, Lolita Milyavskaya, Aleksandr Duqin, Marqarita Simonyan, Dmitri Kiselev, Lyubov Uspenskaya, Leonid Yakuboviç və digərlərinin adları “qara siyahı“ya salınıb. Ümumilikdə sanksiyaya 119 incəsənət nümayəndəsi məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO