Xəbər verdiyimiz kimi yanvarın 5-dən 6-na keçən gecə naməlum şəxslər Fransanın Marsel şəhərindəki Türkiyənin səfirliyinə hücum edib və “Molotov kokteyli” atıblar.
Bizim.Media “BFM TV”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub.
MÖVZU İLƏ BAĞLI:
Fransada Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb
Belə ki, onlardan biri hadisə yerində, digəri isə Kastellan meydanında saxlanılıb. Digər iki şəxsin axtarışları davam etdirilir.
Saxlanılanların PKK terror təşkilatının tərəfdarları olduğu məlum olub.
Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media