ABŞ prezidentliyinə namizəd olan Donald Tramp (respublikaçı) və Co Bayden (demokrat) arasında son debat keçirilib.
Bizim.Media RİA Novosti-yə istinadən bildirir ki, debat Neşvill şəhərində baş tutub.
Siyasətçilərin görüşü saat yarımdan çox çəkib. Prezidentliyə namizədlərin bir-birinin sözünü kəsməməsi üçün təşkilatçıların onların mikrofonlarını söndürmək hüququ olub.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun qarşıdan gələn seçkilərdəki opponenti Co Bayden Vladimir Putin vasitəsilə Rusiyadan pul alıb.Tramp Rusiyanın, eləcə də Çin və Ukraynanın heç vaxt ona pul ödəmədiklərini deyib. Amerikalı liderin sözlərinə görə, Bayden isə hər üç ölkədən pul alıb. Bayden isə öz növbəsində rəqibinin ittihamlarını rədd edib.
Xatırladaq ki, seçkilər noyabrın 3-nə nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:23 / 23.10.2020
Trampla Baydenin sonuncu debatı keçirildi
Hazırda oxunan: Trampla Baydenin sonuncu debatı keçirildi
Hazırda oxunan: Trampla Baydenin sonuncu debatı keçirildi
1133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.