Xerson atəşə tutuldu – Bir ailənin üzvləri həlak olub

Xerson atəşə tutuldu – Bir ailənin üzvləri həlak olub

Hazırda oxunan: Xerson atəşə tutuldu – Bir ailənin üzvləri həlak olub

113225

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin Berislav şəhərinə zərbələr endirib, ölənlər var. 

Bizim.Media "Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin atdığı mərmi evə düşüb və nəticədə evdə olan ata, ana və onların 12 yaşlı oğlu həlak olub.

“Berislav, Xerson vilayəti. Bu gün şəhərdə faciəli xəbər var. İşğalçıların atdığı mərminin evə düşməsi nəticəsində bir ailə həlak olub. Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Onların sadəcə ukraynalı olması faktı”, - Timoşenko vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO