Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq – RƏSMİ  

Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq – RƏSMİ  

Hazırda oxunan: Qərbi azərbaycanlıların siyahıya alınması bu qayda ilə aparılacaq – RƏSMİ  

113202

“Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır. Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var”. 

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar AZƏRTAC-a açıqlamasında söyləyib. 

Ülviyyə Zülfiqar deyib:  

“Xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci illər) yaxın vaxtda baş verdiyindən işimizin daha sürətli getməsi üçün prosesə həmin dövrdən başlamışıq. Həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir”. 

Mətbuat katibi bildirib ki, əlavə olaraq digər deportasiyalar (1905, 1918-1920, 1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan azərbaycanlılar da qeydiyyata alınır.

Lakin hələ ki əsas diqqət 1988-1991-ci illərdəki deportasiyaya yönəldilib. Bu proses yekunlaşandan sonra digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı tam şəkildə aparılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO