XVI Benedikt dəfn olundu - YENİLƏNİB + VİDEO 

XVI Benedikt dəfn olundu - YENİLƏNİB + VİDEO 

Hazırda oxunan: XVI Benedikt dəfn olundu - YENİLƏNİB + VİDEO 

113180

Dekabrın 31-də 96 yaşında vəfat edən Roma Papası XVI Benedikt Vatikanda dəfn edilib. O, özü istədiyi kimi, sələfi II İohann Pavelin (1920-2005) ilkin məzarında dəfn edilib. 

Bizim.Media xəbər verir ki, Müqəddəs Pyotr meydanında keçirilən anım mərasiminə Roma Papası Fransisk rəhbərlik edib. 

Mərasimə 50 min adam qatılıb. Dəfn mərasimində İtaliya və Almaniyadan rəsmi nümayəndə heyətləri iştirak edib. Onlara prezidentlər Sercio Mattarella və Frank-Valter Ştaynmayer rəhbərlik edib. 

14.20 ***

Vatikanın Müqəddəs Pyotr meydanında Fəxri Roma Papası XVI Benediktin dəfn mərasimi keçirilir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, dəfn mərasimində İtaliya Prezidenti Sercio Mattarrella da iştirak edir.

Xatırladaq ki, XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. O, səhhətinə görə “təqaüdə çıxan” ilk Papa olub və ömrünün son 10 ilini monastırda yaşayıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO