Astanaya uçan təyyarə Bakıda məcburi ENİŞ etdi

Astanaya uçan təyyarə Bakıda məcburi ENİŞ etdi

Hazırda oxunan: Astanaya uçan təyyarə Bakıda məcburi ENİŞ etdi

112997

Astanaya uçan təyyarə Bakıda eniş etməyə məcbur olub. 

Bizim.Media xəbər verir ki, Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib. 

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO