\

\"İranda aksiyalar zamanı 73 təhlükəsizlik işçisi öldürülüb” - ABŞ institutu

Hazırda oxunan: \"İranda aksiyalar zamanı 73 təhlükəsizlik işçisi öldürülüb” - ABŞ institutu

112990

“İranda etirazlar aksiyaları başlayandan indiyədək təxminən 73 təhlükəsizlik işçisi öldürülüb”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, dünən, yanvarın 3-də naməlum şəxslər Tehran vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvünü evinin qarşısında güllələyiblər:

“SEPAH yanvarın 3-də Tehran vilayətinin Qarçak şəhərində 700 kiloqram partlayıcı ələ keçirib. Etirazçılar bu materiallardan sadə əl qumbaraları istehsal etmək üçün də istifadə ediblər. Dünən, həmçinin Simnan vilayətinin Gərmsar şəhərindəki poladəritmə zavodunda partlayış baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb”.

Bundan başqa, tanınmış sünni din xadimi Abdol Hamid bildirib ki, vətəndaşların rejim əleyhinə etiraz şüarları səsləndirməsi rejimin vəhşiliyinə haqq qazandırmır.

Qeyd edək ki, İranda etiraz aksiyaları 3 aydan çoxdur davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO