Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün xarici siyasəti ölkəni əvvəlki əzəmətinə qaytarmaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə liviyalı jurnalist Aladdin Saleh Belçikanın “Modern Diplomacy” portalında yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Türkiyənin Qarabağda biləyini bükə bilməyənlər bizi yıxmağa çalışır” - Ərdoğan - FOTO
Mütəxəssisin fikrincə, Ankara bölgədəki mövqelərini gücləndirmək və Osmanlı İmperiyasına bənzər bir imperiya yaratmaq üçün Bakı ilə mövcud ittifaqdan istifadə etməyə çalışır.
Türk lideri neo-osmanlı strategiyasından istifadə edərək Mərkəzi (Orta) Asiya ölkələrini Ankaranın rəhbərlik etdiyi ortaq silahlı qüvvələrə birləşdirmək fikrindədir.
Salehə görə, Avropadakı parçalanma prosesləri, dünya güclərinin rolunun azalması Türkiyəyə geosiyasi intiqam üçün yaşıl işıq yandırdı.
Liviyalı mütəxəssis Ankaranın hədəflərinə çatmaq üçün son dərəcə adi hesab edilən bir metod seçdiyinə diqqət çəkib. Məsələn, Türkiyə Rusiya və Çin də daxil olmaqla türk azlıqları olan ölkələrdə siyasi islamı təşviq edir.
Son 100 ildə türkçülük Türkiyədəki ideologiyanın bir hissəsidir. Fəqət Ərdoğan bu doktrinanı ən radikal şəkildə həyata keçirməyə çalışan ilk dövlət başçısı oldu.
Saleh yazır ki, indi Ərdoğanın diqqəti Zaqafqaziya istiqamətinə yönəlib.
Naxçıvan ərazisindən Xəzər dənizinə, ordan da birbaşa Mərkəzi (Orta) Asiya ölkələrinə çıxmaq üçün bir dəhlizə ehtiyacı var.
Jurnalist sonda qeyd edir ki, Ərdoğanın ambisiyaları bununla bitməyəcək və daha da genişlənəcək.
Bizim.Media