“Ankara ABŞ-nın Suriyanın şimalında terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlıq ruhuna sadiq qalmasını gözləyir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Onun sözlərinə görə, ölkədə və birbaşa onun hüdudlarından kənarda terror təhlükəsi olduğu halda Türkiyədən heç kim susqunluq gözləməməlidir:
“Biz ABŞ-nın tərəfdaşlıq ruhuna riayət etməsini və Türkiyənin təhlükəsizlik problemlərini ciddiyə almasını gözləyirik.
Ankara yerindən asılı olmayaraq birtərəfli siyasətin tətbiqini qəbul etmir və ABŞ ilə münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə ümid edir.
Ankara həmçinin ABŞ və Rusiyadan Suriya ilə bağlı 2019-cu il müqavilələri çərçivəsində öhdəliklərini də yerinə yetirməsini gözləyir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:47 / 02.01.2023
Rəsmi Ankaradan ABŞ-a XATIRLATMA: Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlığa sadiq qalsın
Hazırda oxunan: Rəsmi Ankaradan ABŞ-a XATIRLATMA: Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlığa sadiq qalsın
Hazırda oxunan: Rəsmi Ankaradan ABŞ-a XATIRLATMA: Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə tərəfdaşlığa sadiq qalsın
112836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.