Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen 2023-cü ildə ilk danışığını Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə AK rəhbəri özünün “Twitter” hesabında məlumat verib.
“Prezident Zelenski ilə yeni ildə ilk söhbətim zamanı Ukrayna xalqına səmimi dəstəyimi və 2023-cü il üçün ən xoş arzularımı çatdırdım. Aİ Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək. Biz sizin qəhrəmanlıq mübarizənizi dəstəkləyirik. Azadlıq uğrunda və qəddar aqressiyaya qarşı mübarizənizi...”, - o yazıb.
Tezliklə Zelenski ilə Ukraynada yenidən görüşməyi səbirsizliklə gözlədiyini bildirən Ursula fon der Leyen Avropa İttifaqının bu qışda Ukraynanı generatorlar, işıq lampaları, sığınacaqlar və məktəb avtobusları, eləcə də maliyyə dəstəyi ilə təchiz edəcəklərini söyləyib.
Bizim.Media
In the 1st call of the new year with President @ZelenskyyUa, I conveyed my wholehearted support and best wishes for 2023 to the Ukrainian people.
— Ursula von der Leyen (@vonderleyen) January 2, 2023
The EU stands by you, for as long as it takes.
We support your heroic struggle.
A fight for freedom and against brutal aggression. pic.twitter.com/sKZKilUpDg