Lula da Silva üçüncü dəfə Braziliya prezidenti kimi and içib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “RecordNews” telekanalı yayıb.
Mənbə yazır ki, and içmək üçün o, ölkə Konqressinin binasına gəlib.
Eyni zamanda o, 30 ildən çox əvvəl ona verilən qələmlə andı imzalayıb.
“1989-cu ildə Piaui ştatında keçirilən seçki kampaniyasında mənə qələm hədiyyə olundu və seçkidə qalib gəlsəm, onunla prezidentlik andı imzalamağı xahiş etdilər. Sonra qalib gəlmədim”, deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, 2003 və 2007-ci illərdəki seçkilərdə qalib gəldikdən sonra bunu edə bilməyib, çünki onu özü ilə aparmağı unudub.
Bizim.Media