Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələri birgə təlim keçirib - VİDEO

Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələri birgə təlim keçirib - VİDEO

Hazırda oxunan: Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələri birgə təlim keçirib - VİDEO

112739

Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizinin şimal hissəsində “Turqutreis-VII” adlı təlimlər keçirib.

Bizim.Media xəbər verir ki, təlimlərdə müxtəlif dəniz əməliyyatları, o cümlədən asimmetrik hücumlara qarşı müdafiə, birgə koordinasiyalı patrul həyata keçirilib.

Manevrlərin əsas məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin peşəkarlıq vərdişlərini və qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirmək olub.

Türkiyə tərəfdən manevrlərdə “Harpoon” gəmi əleyhinə raketləri və Mk.46 torpedaları ilə silahlanmış “Ada” sinifli sualtı qayıq əleyhinə “TCG Burgazada” iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO