Nazarbayevin sabiq köməkçisi KTMT-nin yeni baş katibi oldu

Nazarbayevin sabiq köməkçisi KTMT-nin yeni baş katibi oldu

Hazırda oxunan: Nazarbayevin sabiq köməkçisi KTMT-nin yeni baş katibi oldu

112692

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin sabiq köməkçisi İmanqali Tasmaqambetov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinin icrasına başlayıb.

Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, 2022-ci il noyabrın 23-də İrəvanda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının iştirakçıları İmanqali Tasmaqambetovun qurumun baş katibi təyin edilməsi barədə qərar qəbul ediblər.

Əvvəllər bu vəzifəni Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas icra edirdi.

Baş katib KTMT-nin ən yüksək inzibati vəzifəli şəxsidir və katibliyi idarə edir. KTMT-nin nizamnaməsinə əsasən, baş katib KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının təklifi ilə üç il müddətinə təyin edilir.
Xatırladaq ki, İmanqali Tasmaqambetov 1956-cı ildə Atırau vilayətində anadan olub. Puşkin adına Ural Pedaqoji İnstitutunun təbii coğrafiya fakültəsini bitirib. Fəlsəfə elmləri namizədi, siyasi elmlər doktorudur.

Əmək fəaliyyətinə Atırau vilayətinin Mahambet kəndindəki Gənclər İdman Məktəbində məşqçi, Mahambet orta məktəbində coğrafiya və biologiya müəllimi kimi başlayıb.

Qazaxıstanın müstəqilliyinin ilk illərində Tasmaqambetov Gənclərlə İş üzrə Dövlət Komitəsinin sədri olub. Nursultan Nazarbayevin köməkçisi işləyib. 1995-1997-ci illərdə - Baş nazirin müavini olub. 1997-1998-ci illərdə Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
2004-cü ilin sonundan 2008-ci ilin aprel ayına kimi o, cənub paytaxtına rəhbərlik edib. Bundan əlavə, 2014-cü ilin oktyabrına qədər o, Astananın meri olub, 2016-cı ilə qədər Qazaxıstanın müdafiə naziri təyin edilib. 2016-cı il sentyabrın 13-də Qazaxıstanın baş nazirinin müavini olub.

2017-2019-cu illərdə sonuncu dövlət vəzifəsi Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 18 dekabr 2019-cu il tarixində İmanqali Tasmaqambetov yaşa görə təqaüdə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO