Avropa Komissiyası Ukraynada məktəblərin bərpasına 100 milyon avro AYIRDI - FOTO 

Avropa Komissiyası Ukraynada məktəblərin bərpasına 100 milyon avro AYIRDI - FOTO 

Hazırda oxunan: Avropa Komissiyası Ukraynada məktəblərin bərpasına 100 milyon avro AYIRDI - FOTO 

112351

Avropa Komissiyası (AK) hərbi əməliyyatlar nəticəsində dağılmış Ukrayna məktəblərinin bərpası üçün 100 milyon avro ayırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Leyen rəsmi “Twitter” hesabında məlumat verib. 

“Ukraynanın gələcəyi onun uşaqlarından başlayır. Biz Rusiya bombaları ilə dağıdılan məktəbləri bərpa etmək üçün 100 milyon avro sərmayə qoyduq. Uşaqların məktəblərə daha təhlükəsiz gedib-gəlməsi üçün məktəb avtobusları göndərdik. Kompüterləri yığıb çatdırdıq. Odur ki, şagirdlər təhsillərini davam etdirə bilərlər”, - deyə o yazıb. 
AK-nın məlumatına görə, Ukraynada müharibə başlayandan indiyədək 2800-dən çox təhsil müəssisəsi dağıdılıb və ya zərər görüb, 5,7 milyondan çox uşaq müharibənin təsirlərini öz üzərində hiss edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO