Fransız ssenarist və rejissor, "Xoşbəxt ildönümü" qısametrajlı filminə görə "Oskar" mükafatı laureatı (1962-ci il) Jan-Klod Karryer 89 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə rejissorun qızına istinadən BFMTV telekanalı bildirib.
Onun sözlərinə görə, atası hər hansı xəstəlikdən əziyyət çəkməyib və Parisdə, öz evində ölüb.
Sənətkarın qızı həmçinin əlavə edib ki, Karryer doğulduğu Kolomber-Syur-Orb kəndində dəfn ediləcək.
Karryer 140-dan çox filmin ssenaristi kimi məşhurdur. Onların arasında "Burjuaziyanın təvazökar cazibəsi" (1972), "Varlığın dözülməz yüngüllüyü" (1989-cu il), "Sirano de Berjerak" (1990-cı il), "Van Qoq. Əbədiliyin kandarında" (2018-ci il) kimi ekran əsərləri var.
"Xoşbəxt ildönümü" qısametrajlı filmi ona "Oskar" mükafatı bəxş edib. Karryer filmin təkcə ssenari müəllifi yox, həm də rejissoru olub.
O, həmçinin "Qırılma" (1961-ci il), "Manikür qayçıları" (1969-cu il) filmləri üzərində də rejissor kimi çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:22 / 09.02.2021
“Oskar” mükafatı alan rejissor vəfat etdi
Hazırda oxunan: “Oskar” mükafatı alan rejissor vəfat etdi
Hazırda oxunan: “Oskar” mükafatı alan rejissor vəfat etdi
11234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.