BMT Baş katibindən sülhə dair ÇAĞIRIŞ - VİDEO 

BMT Baş katibindən sülhə dair ÇAĞIRIŞ - VİDEO 

Hazırda oxunan: BMT Baş katibindən sülhə dair ÇAĞIRIŞ - VİDEO 

112311

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə rəsmi "Twitter" səhifəsində paylaşım edib.

“2023-cü ildə sülhə həmişəkindən daha çox ehtiyacımız var. Münaqişəyə son qoymaq üçün dialoq yolu ilə bir-birimizlə əldə etdiyimiz sülhə.
Daha dayanıqlı dünya qurmaq üçün təbiətimiz və iqlimlə qurduğumuz sülhə. Qadın və qızların ləyaqətlə və təhlükəsizlik içində yaşaması üçün evimizdə yaratdığımız sülhə. İnsan hüquqlarının tam qorunması ilə küçələr və icmalarımızda bərqərar olan sülhə.

Bir-birimizin inancına hörmət etməklə, ibadət yerlərində qorunan sülhə. Və internetdə nifrət nitqi və sui-istifadənin olmadığı sülhə.

Gəlin 2023-cü ildə sözlərimiz və əməllərimizlə sülhə xidmət edək. Gəlin birlikdə 2023-cü ili həyatımız, evlərimiz və dünyamızda sülhün bərpa olunduğu bir il edək” - deyə Quterreş videomüraciətində bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO