"İran məhkəmələri yüzlərlə dinc etirazçıya 10 ilə qədər həbs cəzası verib".
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali "Twitter" səhifəsində yazıb.
O, iki etirazçının edam edilməsinə və bir çoxlarının edam riski ilə üz-üzə qalmasına toxunub, rejimin yaramaz davranışlarına qarşı dinc etiraz aksiyası keçirən minlərlə adamın hələ də həbsdə olduğunu bildirib.
Qeyd edək ki, ondan öncə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Co Bayden hökumətinin etirazçılara, xüsusilə də İrandakı qadınlara dəstəyini vurğulayıb.
O, İran hökumətindən etirazlar zamanı saxlanılanların dərhal azad edilməsini tələb edib.
Bizim.Media
Dozens of Iranians are at risk of execution for participating in protests. Many allege torture and forced confessions - charged with national security crimes in Revolutionary Courts that deny them lawyers of their choosing. #StandUp4HumanRights
— Special Envoy for Iran Robert Malley (@USEnvoyIran) December 27, 2022