Volkov Xankəndidə separatçılarla görüşür

Volkov Xankəndidə separatçılarla görüşür

Hazırda oxunan: Volkov Xankəndidə separatçılarla görüşür

112129

Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində Qarabağ separatçıları ilə görüşə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “hraparak.am” saytı yayıb.

Ermənilər hazırda Verazndi meydanında separatçıların “hökumətinin” binası qarşısına toplaşıblar. 

Vətəndaş fəal Tiqran Petrosyanın sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı general Andrey Volkovla danışıqlar aparılır. 

“Görüş qurtardıqdan sonra o, (Volkov) bizdən tez çıxacaq”, - deyə T. Petrosyan erməniləri meydana toplaşmağa çağırıb.

Bundan əvvəl bildirilmişdi ki, bir qrup etirazçı Xankəndidən Rusiya sülhməramlılarının bazasının yerləşdiyi Xocalı aeroportuna yollanıb.

Ermənilər Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüşmək istədiklərini bildiriblər və dünən gecə ərazidə qalıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO