Zelenskinin daimi nümayəndəsi türkiyəli nazir müavini ilə Krımı müzakirə etdi - FOTO

Zelenskinin daimi nümayəndəsi türkiyəli nazir müavini ilə Krımı müzakirə etdi - FOTO

Hazırda oxunan: Zelenskinin daimi nümayəndəsi türkiyəli nazir müavini ilə Krımı müzakirə etdi - FOTO

112117

“Bu gün Türkiyə xarici işlər nazirinin müavini Yasin Serimlə görüşdük. Biz dövlətlərimiz arasında əməkdaşlığın mühüm məsələlərini, işğal olunmuş Krımdan Türkiyəyə getməyə məcbur olan Krım tatarlarının taleyini, siyasi məhbus problemini müzakirə etdik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində ukraynalı Krım tatar hüquq müdafiəçisi, "KrımSOS" ictimai təşkilatının həmtəsisçisi, Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva yazıb.

Görüşdə Serim qeyd edib ki, Rusiya Federasiyası ərazisində və işğal olunmuş Krımda səfərbərlik elan edildiyi gündən 1000-ə yaxın Krım tatarı Türkiyəyə getmək məcburiyyətində qalıb.

Tamila Taşeva müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən BMT və ATƏT səviyyəsində Ukraynaya dəstək verdiyinə, həmçinin İstanbulda keçirilən Krım Günlərinin təşkilinə kömək etdiyinə görə Türkiyənin Səhiyyə Nazirliyinə təşəkkür edib.

O, hər kəsi Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi “sülh formulunu” dəstəkləməyə çağırıb:

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna da sosial şəbəkələrdə Qolodomordan danışdığına görə təşəkkürünü bildirirəm. Bu, Ukrayna dövləti və Ukrayna xalqı üçün mühüm siqnaldır”.

Tərəflər Türkiyənin Krım Platformasına fəal dəstəyini və yüksək səviyyəli sammitlərdə iştirakını qeyd ediblər. 

Yasin Serim öz növbəsində əmin edib ki, Türkiyə Cümhuriyyəti Krım Platformasının fəaliyyətini daim dəstəkləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO