Ahıska türklərindən Laçın yolundakı aksiyamıza DƏSTƏK – “Ermənilərə xəbərdarlıq edirəm...” - VİDEO

Ahıska türklərindən Laçın yolundakı aksiyamıza DƏSTƏK – “Ermənilərə xəbərdarlıq edirəm...” - VİDEO

Hazırda oxunan: Ahıska türklərindən Laçın yolundakı aksiyamıza DƏSTƏK – “Ermənilərə xəbərdarlıq edirəm...” - VİDEO

112101

“Bütün Azərbaycanda yaşayan bacı-qardaşlarıma bir şey demək istəyirəm. Bizim davamız haqlı davadır. Allah da hər zaman bizim yanımızda olacaq. Bunu Azərbaycanda yaşayan hər kəs bilsin. Biz mütləq qazanacağıq. Bunun başqa çıxış yolu yoxdur. Bu gün Qarabağda çadırlar qurub haqq savaşı edən qardaşlarıma demək istəyirəm ki, çox böyük bir iş görürsüz. Mən şəxsən çox sevinirəm. Sizə hər cür dəstək verirəm. İstər maddi, istər mənəvi olaraq sizlərdən heç bir şeyi əsirgəmərəm”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyaddin Kassanov bildirib. 

Kassanov Laçın-Xankəndi aksiyalarını izləyən birlik başqanı istər maddi, istərsə də mənəvi olaraq dəstək verməyə hazır olduğunu qeyd edib:

“Siz çox haqlı bir iş görürsüz. Aksiyaların sonu çox yaxşı olacaq. Çünki Qarabağ Azərbaycandır. Orda nə işğalçılar, nə də ki, başqa güclər heç nə edə bilməzlər. Böyük Azərbaycanımız var, böyük Türk dünyamız var, böyük Türkiyəmiz var. Bütün dünyada tanınan, güclü prezidentlərimiz var. Azərbaycanın lideri cənab İlham Əliyev, Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan.

Belə güclə Azərbaycan heç vaxt sarsıla bilməz. Qarabağdan qaçqın düşən soydaşlarımız çox qısa zamanda həmin ərazilərdə yerləşəcəklər. Ermənilərə xəbərdarlıq edirəm, ağıllarını başlarına yığmasalar, həmin dəhliz də bağlanacaq. Orada yaşayan ermənilərin də bir şansı var. Azərbaycan vətəndaşı olub, Azərbaycan toplumuna qarışmaq”.

Kassanov Azərbaycanın xalqının böyük millət olduğunu vurğulayıb:

“Azərbaycan bu gün də Azərbaycan torpaqlarında yaşayan ermənilərə böyüklüyünü göstərir. Bizim sürgün olan qardaşlarımız Xankəndində yaşamalıdır. Azərbaycanlıların haqqı orada yaşayan ermənilərin haqqından böyükdür. Çünki ora Azərbaycan torpaqlarıdır. Azərbaycanlılar böyük xalqdır. Oradakı ermənilərin nə malına, nə sərvətinə, hüquqların pozulmasına zəmin yaratmayacaqlar. Biz Ahıska türkləri və Türk dünyasının bir parçası olaraq Azərbaycanın yanındayıq”.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO